Сообщения

Сообщения за январь, 2018

14- cü gün

Təlimin 14-cü günü .Treninq papkasından Həyata keçirmə planını portfoliomuza planlar papkasına yerləşdiririk.Portfoliomuzda yekun işləri görürük. Sorgu finiş cədvəlini də işləyirik. Daha sonra  portfoliomuzu təhvil veririk.

13- cü gün

Təlimin 13 -cü günü. Bloq yazılarını bu gün də müzakirə etdik.Fasiltasiya sənədlərinin nümunələri ilə tanış olduq və sənədin üzərində işlədik. Çay fasiləsindən sonra layihənin öyrənilməsi planı üzərində yekun işlərimizi apardıq.

12 -ci gün

Təlimin 12- ci günü .  Bu gün bloq yazılarını müzakirə etdik.Portfoliomuza əlavələr etdik.Qiymətləndirmə qovluğuna daxil etdiyimiz özünü qiymətləndirmə cədvəlinin və bloqun qiymətləndirilməsinin üzərində işlədik.Elektron kitaba nəzər saldıq .Mövzunun öyrənilməsi planı üzərində işlədik. 

11-ci gün

Təlimin 11-ci günü. Şagird işi üzərində müzakirələr apardıq.Plana əlavələr etdik. Həyata keçirilmə planı üzərində  işlədik.

10-cu gün

Təlimin 10 -u günü.  Hazırlayacağımız şagird işini planlaşdırdıq.Və qrupların işlərini yavaş- yavaş formalaşdırdıq. Layihənin öyrənilməsi planı üzərində işlədik.

9-cu gün

Təlimin 9-cu günü Veb 2 alətlərinin  bir neçəsindən istifadə etdik.Bunlardan photodex, emaze,prezi. Daha sonra təlimçilərimiz sosial şəbəkələr və onların tədrisdə rolundan danışdılar. Sosial şəbəkəkərdən şəxsi həyatımızda istifadə edirdik indi isə tədrisdə yararlı olacağına əminəm .  Layihənin məsləhətləşmə vaxının daha səmərəli  ,vaxt itkisi olmadan tərtib edə bilərəm. Layihə planı üzərində  işlər apardıq.

8 -ci gün

Təlimin 8- ci günü. Tədqiqat üçün internetdən resurslar əldə etdik.Onlar İstifadə etdiyimiz resursların URL  ünvanlarını plan üzərində də qeyd etdik.Tədqiqat zamanı istifadə istifadə edəcəyimiz komunikasiya alətlərini seçdik.Web 2 alətləri haqqında da məlumatlandırıldıq. Təhsilə yararlı və maraqlı olan Web 2 alətləri ilə tanış olduq.

7-ci gün

Təlimin 7-ci günü.Təqdimat da istifadə edəcəyimiz resursları resurslar qovluğunda yerləşdirdik.  Hazırladığımız müəllim təqdimatını təlim iştirakçıları ilə müzakirı etdik.Mövzunun öyrənilməsi planı üzərində tədris proqramı hissəsini genişləndirdik. Mövzum bir neçə fənni əhatə etdiyi  üçün yeni standartlar əlavə  etdim.

6-cı gün

Təlimin 6-cı günü müəllim təqdimatı haqqında öyrəndik. Təqdimata qoyulan tələblərhaqqında məlumatlandırıldıq. Bir neçə nümunəyə baxdiq.Layihəni iştirakçılara təqdim etmək üçün təqdimat hazırladıq.Mövzunun öyrənilməsi planı üzərində Layihəni qısa təsvir etdik.  Bu gün təlim vaxtının necə gəlib keçdiyini heç bilmədim .Təqdimat hazırlamaq mənim üçün çox maraqlıdır.

5-ci gün

Təlimin 5-ci günü idi. Layihənin tədrisində diaqnostik və  formativ qiymələndirmə formalarını seçdik və vasitələrini hazırladıq.