Təlimin 14-cü günü .Treninq papkasından Həyata keçirmə planını portfoliomuza planlar papkasına yerləşdiririk.Portfoliomuzda yekun işləri görürük. Sorgu finiş cədvəlini də işləyirik. Daha sonra portfoliomuzu təhvil veririk.
Bu da təlimin son -15 ci günü .Təlimdə öyrəndiklərimizi, hazırladığımız işləri təqdim etdik. Təlim boyunca təlimçilərin -Yeganə xanımın və Asiman müəllimin səmimi rəftarları təlimə uyğunlaşmağıma cox köməklik göstərmişdi. Onlara da öz təşəkkürlərimi bildirdim.Umid edirəm ki, yekunda yaxşı nəticə əldə edəcəm. Belə təlimlərin cox olmasını arzu edərdim
Təlimin 10 -u günü. Hazırlayacağımız şagird işini planlaşdırdıq.Və qrupların işlərini yavaş- yavaş formalaşdırdıq. Layihənin öyrənilməsi planı üzərində işlədik.
Təlimin 6-cı günü müəllim təqdimatı haqqında öyrəndik. Təqdimata qoyulan tələblərhaqqında məlumatlandırıldıq. Bir neçə nümunəyə baxdiq.Layihəni iştirakçılara təqdim etmək üçün təqdimat hazırladıq.Mövzunun öyrənilməsi planı üzərində Layihəni qısa təsvir etdik. Bu gün təlim vaxtının necə gəlib keçdiyini heç bilmədim .Təqdimat hazırlamaq mənim üçün çox maraqlıdır.
Комментарии
Отправить комментарий