Təlimin 13 -cü günü. Bloq yazılarını bu gün də müzakirə etdik.Fasiltasiya sənədlərinin nümunələri ilə tanış olduq və sənədin üzərində işlədik. Çay fasiləsindən sonra layihənin öyrənilməsi planı üzərində yekun işlərimizi apardıq.
Təlimin 3 -ü günü .Bu gün tədris layihəsinin suallarının necə qurulması ilə bağlı təqdimat izlədik. Təməl,mövzü , məzmun suallarının necə qurulması öyrəndik. Təməl və tematik sual arasında necə əlaqənin olmasını da aydınlaşdırdıq.Deyesen bu telim məndə maraq yaratmağa başlayıb.😃
Təlimin ikinci günü idi. Layihə metodikası ilə tanış olduq Blum taksanomiyasında təhlil və sintez mərhələlərini əlaqələndirməyi tam anlaya bilmədim.Düzü bu təlimin mene ne derece de yararlı olacağına tereddüdüm var.
Bu da təlimin son -15 ci günü .Təlimdə öyrəndiklərimizi, hazırladığımız işləri təqdim etdik. Təlim boyunca təlimçilərin -Yeganə xanımın və Asiman müəllimin səmimi rəftarları təlimə uyğunlaşmağıma cox köməklik göstərmişdi. Onlara da öz təşəkkürlərimi bildirdim.Umid edirəm ki, yekunda yaxşı nəticə əldə edəcəm. Belə təlimlərin cox olmasını arzu edərdim
Комментарии
Отправить комментарий